AZ

Astana görüşləri Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması prosesinə əlavə təkan verəcək - XİN

Bakı. Trend:

Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərə böyük əhəmiyyətverir. Dövlətlərimiz arasında qardaşlıq münasibətləri və tarixiəlaqələr, istər regionda, istərsə də dünyada baş verən geosiyasiproseslər qardaş ölkələrimiz arasında birgə əməkdaşlığın daha dadərinləşməsini labüd edir.

Trend-inməlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Astanada ikitərəfli və çoxtərəfli görüşləri iləbağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadəninyerli medianın suallarına cavabında bildirib.

O nun sözlərinə görə Prezident İlham Əliyevin Mərkəzi Asiyaölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərinbaşçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini vəstrateji xarakter almasını şərtləndirən amillərdəndir. Qarşılıqlısəfərlər zamanı imzalanan sənədlər, razılıqlar, birgə layihələrölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərinimüəyyənləşdirir. Bu xüsusda, Qazaxıstan Prezidentinin ölkəmizə cariilin mart ayında səfəri zamanı iki ölkə arasında investisiyafondunun yaradılması haqqında razılıq prosesinin yekunlaşdırılaraqAstana görüşü zamanı dəyəri 300 milyon ABŞ dolları məbləğindəfondun yaradılması barədə müqavilənin imzalanmasını xüsusiləvurğulamaq istərdik.

Bununla yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə də TürkDövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi, eləcədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində geniş tərəfdaşlıqperspektivləri iki ölkə liderləri tərəfindən xüsusi diqqətmərkəzində saxlanılır. Beləliklə, Azərbaycan və Qazaxıstanliderləri arasında keçirilmiş Astana görüşü iki ölkə arasındaçoxşaxəli əməkdaşlığa əlavə təkan verəcəkdir.

"Bununla yanaşı, ölkə rəhbərinin Şanxay Əməkdaşlıq TəşkilatınınZirvə görüşündə fəxri qonaq qismində artıq ikinci dəfə iştiraketməsi Azərbaycana və Prezidentimizə olan yüksək ehtiramın vəetimadın göstəricisidir. ŞƏT-ə üzv dövlətlərin əksəriyyəti iləAzərbaycanı yaxın dostluq, qardaşlıq, strateji tərəfdaşlıqmünasibətləri birləşdirir." - deyə XİN rəsmisi vurğulayıb.

O bildirib ki, Azərbaycanın bölgəmizdə və daha geniş coğrafiyadainteqrasiya proseslərində əhəmiyyətli rolunu, Şanxay ƏməkdaşlıqTəşkilatının işində yaxından iştirakını nəzərə alaraq, bu görüşlərvə tədbirlərin ölkəmizin təşkilatda müşahidəçi statusu almasıprosesinə əlavə təkan verəcəyinə əminik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
12
az.trend.az

10Mənbələr