AZ

Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları aşkar edildi

Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları kəşf edilib. 

Valyuta.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri şahzadə Əbdüləziz bin Salmana istinadən məlumat yayılıb.

Milli neft şirkəti Saudi Aramco üç neft və üç qaz quyusunun qazılması nəticəsində yeni şərti neft layları, iki şist neft yatağı, iki qaz yatağı və iki qaz layları aşkar edib.

Yeni yataqlarda olan neft və qazın təxmini həcmləri barədə hələlik məlumat yoxdur.

Nicat

Seçilən
47
2
valyuta.az

3Mənbələr