AZ

Video / Sosial“Manatlıq” taksilərin qiyməti bahalaşdı - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

El arasında “manatlıq” kimi adlandırılan taksilərin sürücüləri benzinin qiymətinin dəyişməsindən istifadə edərək qiymətləri qaldırıblar. Onlar hazırda sərnişinin birini iki manatdan aparırlar.

Xezerxeber.az-ın məlumatına görə, Bakıətrafı ərazilərə gedən taksilər qiyməti 1 manatadan 2 manata qaldırıblar. Sürüclərin sözlərinə görə, buna səbəb yanacağın qiymətinin artmasıdır.

Amma sürücülər arasında hələlik qiyməti artırmayanlar da var. Bu haldan ən çox narazı qalanlar isə sərnişinlərdir.

Mövzu ilə bağlı AYNA-dan bildirilib ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. "E-taksi" xidməti vasitəsilə sifarişi qəbul edən sürücünün icazəsinin olub-olmadığını izləmək mümkündür. Əməkdaşlar tərəfindən buraxılış kartlarının yoxlanılması həyata keçiriləcək. İcazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbeh tədbirləri görüləcək.

BAKU.WS VİDEO

Seçilən
69
38
far.az

10Mənbələr