AZ

Gənc güləşçi terrorçuluqda ittiham OLUNUR

Rusiyanın İstintaq Komitəsi ölkənin sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Əlişiri İsmətzodaya qarşı terror fəaliyyətinə şərait yaratmaqda ittihamı irəli sürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Moskvanın Şerbinski Rayon Məhkəməsində işə baxılır.

"Məhkəmə təqsirləndirilən İsmətzoda barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxır", - məhkəmədən bildiriblər.

Həmin şəxs terrorçuluq fəaliyyətinə sövq etmə və cəlb etmədə şübhəli bilinərək (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1-ci hissəsi) saxlanılıb.

Müstəntiqin sözlərinə görə, İsmatzodanın hazırda Tacikistanda terrorizmə görə mühakimə olunan və eyni zamanda Suriyada hərbi əməliyyatlarda iştirak edən qohumu var. Bundan əlavə, İsmatzodanın mənzilində axtarış zamanı ekstremist ədəbiyyat aşkarlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
unikal.az

10Mənbələr