AZ

Türkiyə ilə oyunda irqçi şüarlar səsləndirildi

Avstriya yığmasının azarkeşləri Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Türkiyə millisi ilə oyunundan əvvəl irqçi şüarlar səsləndiriblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, avstriyalı fanatlar görüşdən öncə Leyptsiq küçələrində "L'amour toujours" mahnısındakı "Almaniya almanlar üçün, əcnəbilər çölə" sözlərini ucadan qışqırıblar.

Leyptsiq hüquq-mühafizə orqanları şübhəli şəxsləri qeydə aldığını və araşdırma apardığını bildirib.

Qeyd edək ki, Avstriya - Türkiyə matçı 2:1 hesabı ilə "ay-ulduzlular"ın xeyirinə başa çatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
74
5
milli.az

6Mənbələr