AZ

“O, parlamentdəki yerini itirən ilk Baş nazir olmaqdan qorxur”

“Rişi Sunak ölkə parlamentindəki yerini itirən ilk Britaniya Baş naziri olmaqdan qorxur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” Britaniya Baş nazirinin tərəfdaşları arasında olan mənbələrə istinadən məlumat yayıb.

“O, həqiqətən də Riçmondda uduzmaqdan qorxur. O, qorxur və bunun bu nöqtəyə gəldiyinə inana bilmir”, - deyə nəşr bildirib.

Qeyd edək ki, İngiltərənin şimalında yerləşən Riçmond, 2019-cu ildə seçicilərin 63%-i ilə Rişi Sunakın seçildiyi seçki dairəsidir.

Seçilən
125
3
qafqazinfo.az

4Mənbələr