AZ

Milli Rezervasiya Platformasının təqdimatı tədbiri keçirildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Hotellərə ulduz dərəcələrinin verilməsi və rezervasiya platformasının təqdimatı tədbiri keçirilib.
Oxu.Az xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbiri keçirilib.
Tədbirdə Dövlət Turizm Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Dövlət Reklam Agentliyinin rəhbər şəxsləri iştirak ediblər.
Tədbir zamanı Dünya Səyahət və Turizm Şurası tərəfindən təsis edilən və Azərbaycan Turizm Bürosunun rəsmi tərəfdaşı olduğu "Hotel Dayanıqlılıq Əsasları" təşəbbüsünə qoşulmaq barədə məlumat verilib.
Bildirilib ki, "Hotel Dayanıqlılıq Əsasları" proqramı yerləşmə sənayesinin qlobal dayanıqlılıq meyarlarına uyğunlaşmasına dəstək olmaq üçün ilkin atıla biləcək addımları ehtiva edir və bununla da dayanıqlılıq üzrə təşəbbüs göstərən bizneslərin fərqlənməsinə şərait yaradır. Eyni zamanda, turistlərə hotel və digər yerləşmə vasitələrini daha rahat şəkildə rezerv etmək imkanı yaradan ilk Milli Rezervasiya Platforması təqdimat edilib.
Qeyd olunub ki, yerli rezervasiya platformasından istifadə edən hotellər, qonaq evləri, o cümlədən digər yerləşmə vasitələrinə imtiyaz və güzəştlər şamil ediləcək.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
13
oxu.az

10Mənbələr