AZ

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Naxçıvanda

Naxçıvan, 3 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamında qeyd olunan mühüm məsələlərdən biri də Naxçıvan Dövlət Universitetinin nəzdində İngilisdilli orta məktəbin fəaliyyətə başlaması olub. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq NDU-nun Beynəlxalq Məktəbinə “Kembric” Beynəlxalq Təhsil Proqramı ilə 2024-cü ilin sentyabr ayından etibarən 1-ci və 6-cı siniflər üçün tədrisin həyata keçirilməsi istiqamətində beynəlxalq lisenziya verilib.

Naxçıvan Dövlət Universitetindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Kembric” proqramı dünyada bir neçə tanınmış, nüfuzlu tədris proqramlarından biridir və Kembric diplomları (attestat) dünyanın ən nüfuzlu universitetləri tərəfindən tanınır.

Tədrisi yanlız İngilis dilində həyata keçirilən “Kembric” proqramına lisenziya almaq üçün məktəblərdən müasir idarəetmə, yeni və effektiv tədris prosesi, müasir tədris imkanları tələb olunur. Məktəbi bitirərkən şagirdlər İngilis dili ilə yanaşı, modern dünya dillərindən ən az birinə mükəmməl şəkildə yiyələnir.

 

 

 

Seçilən
46
7
azertag.az

8Mənbələr