AZ

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzvölkələrin Zirvə görüşü keçirilir. Qazaxıstan PrezidentiKasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısındaiştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-dəAstanada səfərdədir. Bu, Prezident İlham Əliyevin Şanxay ƏməkdaşlıqTəşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Dövlətimizinbaşçısı İlham Əliyev bundan öncə 2022-ci ilin 16 sentyabr tarixindəÖzbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Səmərqəndşəhərində keçirilmiş Zirvə toplantısında iştirak etmişdir.Prezident İlham Əliyevin Zirvə görüşünə ikinci dəfə fəxri qonaqqismində qatılması Azərbaycanın nüfuzunun, dövlətimizin başçısınaböyük etimadın göstəricisidir. Qeyd edək ki, Şanxay ƏməkdaşlıqTəşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya,Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub.Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimadvə qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət vəiqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil,enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digərsahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh,təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səyləringöstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzəninyaradılması üçün addımların atılmasından ibarətdir. Azərbaycanhazırda təşkilatda dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cıildə Azərbaycan ilə qurum arasında əməkdaşlıq sahələrini əksetdirən Memorandum imzalanıb. Şanxay Əməkdaşlıq Təşkilatı iləəməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritetsahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edənterrorizm, ekstremizm və separatizm ilə mübarizə, regionaltəhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçininölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığısivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığıntəşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Sammitə16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. “Çoxtərəflidialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq”mövzusuna həsr olunan Zirvə görüşü əlaqələrin daha da inkişafında,təmasların daha sıx qurulmasında əhəmiyyətli rol oynayacaq.

Bu fikirləri Trend-ə YeniAzərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasielmlər doktoru, professor Vüqar Rəhimzadə açıqlamasındabildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın üzv olduğu beynəlxalqtəşkilatlarla yanaşı, üzv olmadığı təşkilatların da sammit,konfrans və zirvə görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəaliştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunungöstəricisidir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın xaricisiyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmizin ədalətə vəbeynəlxalq hüquqa söykənən siyasəti yeni dostlar, tərəfdaşlarqazanmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın ölkələr, xalqlararasında körpülər qurması həm ikitərəfli, həm də beynəlxalqtəşkilatlar çərçivəsində əlaqələrinin inkişafında stimulvericiamildir. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədəsəsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib birplatformadır. Prezident İlham Əliyevin Zirvə görüşlərində iştirakıvə keçirdiyi görüşlər ölkəmizlə bağlı mühüm məsələlərin,prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasınıtəmin edir. Daim sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edənAzərbaycan ölkələr arasında münasibətlərin inkişafında əsas faktorolan etimad mühitinin möhkəmləndirilməsində öz sözünü deyir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlətimizinbaşçısı istər üzvü olduğu, istərsə də fəxri qonaq qismindəqatıldığı beynəlxalq təşkilatların Zirvə görüşlərində, samimitlərdəəsas diqqəti həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasınayönəldir. 30 ilə yaxın torpaqları işğal altında, bir milyondan çoxsoydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan buillər ərzində dünya güclərindən ədalət gözlədi. Beynəlxalq hüququnnorma və prinsiplərinin tətbiqi üçün vahid mexanizminmüəyyənləşdirilməsini tələb etdi və bu gün də həmin çağırışlardavam edir. Azərbaycan tarixi ədaləti öz gücünə bərpa edərəktorpaqlarını işğaldan azad etdi. Azərbaycan-ŞƏT əməkdaşlığıçərçivəsində ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənənsiyasətinin uğurları beynəlxalq ictimaiyyətə çatdırılır. Buəməkdaşlıq hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir.

Vüqar Rəhimzadə bildirib ki, hər bir Zirvə görüşündə diqqətçəkən mühüm məqamlardan biri də iştirakçı ölkələrin dövlət vəhökumət nümayəndələrinin Prezident İlham Əliyev ilə görüşdə maraqlıolması və müxtəlif məsələlər ətrafında fikir mübadiləsiaparmalarıdır. Bu baxımdan Astana Zirvə görüşü də xüsusilə diqqətçəkdi. Belə ki, Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsindəRusiya Prezidenti Vladimir Putin, Qazaxıstan PrezidentiKasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Sədri Si Cinpin iləgörüşləri oldu. Bu görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzvdövlətlərin rəhbərləri arasında qarşılıqlı inam və etimadaəsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki,Azərbaycanın son illər beynəlxalq arenada artan nüfuzu, həmçininAvrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkəmizin ŞƏTüçün əhəmiyyətini daha da artıran faktorlardır. Azərbaycan da həmtəhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm roloynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Hazırdadünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıqçərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasındaəməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılır.

Vüqar Rəhimzadə bu mühüm məqama da diqqəti yönəldib ki, HeydərƏliyev Fondu ŞƏT ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinəmühüm töhfə verir. Fondun təşkilatçılığı ilə qurumun Pekindəkimənzil-qərargahında 2018-ci ildə Azərbaycan mədəniyyəti günü,2021-ci ildə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illikyubileyi qeyd edilib və qərargahda Nizami Gəncəvinin büstü qoyulub.Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahındabüstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.

YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməniaparıb ki, Astana Zirvə görüşü Azərbaycan üçün təşkilat iləəməkdaşlığın daha geniş sahələri əhatə etməklə, gələcək inkişafperspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyətdaşıyacaq. Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurluçoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. AzərbaycanınCOP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkəolduğunu, qlobal aktor olduğunu və dünyanın aparıcı ölkələrininAzərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarınıgöstərir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizinmultilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-inbütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlərqurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Bu mötəbərtəşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-dəmüşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevinuğurlu siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ənnüfuzlu dövlətə çevrilən Azərbaycanın bu qurumda müşahidəçi statusualması Şanxay Əməkdaşlıq Təşkilatı üçün də böyük önəm daşıyır. Birsözlə, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, uğurluvə gələcəyə hesablanmış siyasəti nəticəsində özünü bütün dünyayabeynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan,qlobal gündəlikdə dayanan məsələlərin müzakirə olunduğu mühümplatforma kimi sübut edib. 155 ölkənin dəstəyini alaraq BMTTəhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, həmçinin 120ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına üzvlüyü vəuğurlu sədrliyi də bunun bariz nümunəsidir. Azərbaycanın bu ilCOP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkəmizin,Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun təqdimatıdır.

Seçilən
69
6
az.trend.az

6Mənbələr