AZ

Sus kəndində ilk körpə dünyaya gəlibFOTO

Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.

Xezerxeber.az xəbər verir ki, körpənin valideynləri – Anar və Lamiyə Yolçulular bu ilin mayında doğma yurda qayıdıb və burada onlara verilən fərdi evdə daimi məskunlaşıblar.

Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailənin övladlarıdır.

Anar Yolçulu qardaşı ilə birlikdə torpaqlarmızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib. Onun atası Nüsrət isə birinci Qarabağ müharibəsinin veteranıdır.

  • Sus
  • Sus
  • Sus
  • Sus
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
44
xezerxeber.az

10Mənbələr