AZ

Ceyhun Bayramov Livanın mesajını İsrailə catdırıb

Livan İsraillə müharibə eləmək istəmir. "The Jerusalem Post” xəbər verir ki, bu mesajı respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Abdulla Bu Həbib İsrailin Xarici İşlər Naziri İsrael Katsa ünvanlayıb.

"Livan sülhdə maraqlıdır, biz müharibə eləmək  istəmirik", - mesajda deyilir.

The Jerusalem Post yazır ki,  Abdullah Bu Həbib öz istəyini çatdırmağı iyulun 2-də Katzla danışıqlar aparan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovdan xahiş edib. 

Rəsmi Beyrut və Təl-Əvivin diplomatik əlaqələri yoxdur, ona görə də ölkələr arasında ünsiyyət çox vaxt üçüncü tərəflər vasitəsilə həyata keçirilir.


www.anews.az
Seçilən
49
anews.az

1Mənbələr