AZ

Hotellərə ulduz dərəcələrinin verilməsi və rezervasiya platformasının təqdimatı tədbiri keçirilib

Bakı.Trend:

İyulun 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə MilliUlduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsivə Milli Rezervasiya Platformasının təqdimatı tədbirikeçirilib.

Trend xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin,İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Xidmətinin və Dövlət Reklam Agentliyinin rəhbərşəxsləri iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri FuadNağıyev Azərbaycanın müsbət turizm imicinin formalaşmasınahotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digərmeyarlar birbaşa təsir etdiyi qeyd edərək bunlarınqiymətləndirilməsinin hotellərin ulduz təsnifatından keçməsi vəmüvafiq ulduz dərəcələrini əldə etmələri ilə mümkün olduğunubildirib.

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduzdərəcələrinin təyin edildiyini bildirən Fuad Nağıyev proses boyuçoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və yatəsnifata yenidən müraciət etməli olan hotellərin mövcudluğunudiqqətə çatdırıb.

Fuad Nağıyev 40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaqüçün müəyyən vaxtın verildiyini və yenidən audit olunacaqlarınıqeyd edərək prosesdə Azərbaycan Turizm Bürosu və Azərbaycan HotelAssosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyingöstərilməsinin davam etdiyini vurğulayıb.

Agentlik sədri qarşıda duran əsas hədəfin COP29 kimi beynəlxalqtədbirin ən yüksək səviyyədə təşkil edilməsində hotelçiliksənayesinin rolunun gücləndirilməsi olduğunu və hotelçiliksənayesinin COP29 tədbiri dövründə də dövlətimizin adını yüksəktutmaq üçün əlindən gələni əsirgəməyəcəyinə inandığınıbildirib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışı zamanıölkə iqtisadiyyatının sürətli və dayanıqlı inkişafında əsaslı roloynayan turizm sənayesinin əhəmiyyətini qeyd edib.

Habelə turizm sektorunun əsas qollarından biri olan hotelçiliksferasında rəqabətliliyin təmin olunması üçün biznes subyektləritərəfindən istehlakçı gözləntiləri istiqamətində keyfiyyətgöstəricilərinin artırılması, turistik məhsul və ya xidmətlərindaha da inkişaf etdirilməsi diqqətə çatdırılıb.

Bundan əlavə, turizm sahəsində resursların səmərəli idarəolunması, iş proseslərinin optimallaşdırılması və xərclərinazaldılmasına töhfə verən yeni standartların qəbul edilməsininvacibliyi vurğulanıb. Həmçinin son dövrlərdə aktuallıq daşıyanhalal turizmin inkişaf perspektivlərindən bəhs edilib. İslamiqaydalara cavab verən turizm xidmətləri və məhsullarının təklifedilməsinin müsəlman ölkələrindən gələn turistlər üçüncəlbediciliyi artıracağı qeyd olunub.

Tədbir zamanı Dünya Səyahət və Turizm Şurası tərəfindən təsisedilən və Azərbaycan Turizm Bürosunun rəsmi tərəfdaşı olduğu “HotelDayanıqlılıq Əsasları” təşəbbüsünə qoşulmaq barədə məlumatverilib.

Bildirilib ki, "Hotel Dayanıqlılıq Əsasları" proqramı yerləşməsənayesinin qlobal dayanıqlılıq meyarlarına uyğunlaşmasına dəstəkolmaq üçün ilkin atıla biləcək addımları ehtiva edir və bununla dadayanıqlılıq üzrə təşəbbüs göstərən bizneslərin fərqlənməsinəşərait yaradır.

Eyni zamanda, turistlərə hotel va digər yerləşmə vasitələrinidaha rahat şəkildə rezerv etmək imkanı yaradan ilk MilliRezervasiya Platforması təqdimat edilib.

Qeyd olunub ki, yerli rezervasiya platformasından istifadə edənhotellər, qonaq evləri, o cümlədən digər yerləşmə vasitələrinəimtiyaz va güzəştlər şamil ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
15
az.trend.az

10Mənbələr