AZ

Qəzzada ölənlərin sayı artır

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 28 nəfər artaraq 37 min 953-ə çatıb.

"Cebhe.info" xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi öz açıqlamasında İsrailin Qəzza zolağına 271 gündür hücumları ilə bağlı məlumat verib.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 hücum həyata keçirdiyi və bu hücumlarda daha 28 fələstinlinin həyatını itirdiyi, 125 fələstinlinin isə yaralandığı bildirilib.

 Qeyd edilib ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 37 min 953-ə, yaralıların sayı isə 87 min 266-ya yüksəlib.

Dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Seçilən
118
13
cebheinfo.az

10Mənbələr