AZ

Fernando Santos Qəbələ şəhər stadionu ilə tanış olub

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi, portuqaliyalı mütəxəssis Fernando Santos bu gün Qəbələ şəhərində olub.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Santos Qəbələ şəhər stadionunun infrastrukturu ilə tanış olub.

Baş məşqçiyə stadion və məşq meydanlarının hazırkı durumu, orada yaradılan şəraitlə bağlı məlumat verilib.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunmuş Fernando Santos Qəbələdən öncə Bakıdakı stadionlar və idman obyektləri ilə də yaxından tanış olmuşdu.

Seçilən
86
23
arena.az

10Mənbələr