AZ

“Qarabağ” Estoniyada “Trans Narva” ilə oynayacaq

Bakı. Trend:

“Qarabağ”ın 16 yaşadək futbolçulardan ibarət komandasıbeynəlxalq turnirdə iştirak edəcək.

Trend İdman.biz-əistinadən xəbər verir ki, U-16 Estoniyada təşkil olunacaq yeniyetməfutbolçular arasında “Tallinn Cup”da mübarizə aparacaq.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda səfərə 18 futbolçuilə yollanacaq: Ramal Abışov, Şahram Ələkbərli, Əbdüləziz Cabbarlı,Fərhad Abbasov, Əli Əliyev, Bəxtiyar Səmədzadə, Cavid Məmmədov, Əliİbrahim, Əli Qazibəyov, Rəvan Teymurov, İsabala Məmmədli, ElşənNəsirov, Əli Abışev, Rəşid Tarıverdiyev, Kəmaləddin Cəfərli, Nihatİsgəndərov, Muhamed Efe Zekir, Sahib Əliyev.

Yeddi iştirakçının mübarizə aparacağı turnirin oyunları iyulun4-7-də dairəvi sistem üzrə keçiriləcək. İlk matçına ayın 4-dəçıxacaq Ağdam təmsilçisi Latviyanın “Auda” klubu ilə üz-üzəgələcək. Komanda ertəsi gün İsveç “Hesselbi”si və Estoniyanın “NFAcademy”si ilə qarşılaşacaq. İyulun 6-da digər İsveç klubu“Jarlaberq” və Estoniya “Olimp”i ilə üz-üzə gələcək “Qarabağ”turnirin son günündə yerli “Trans Narva” ilə görüşəcək.

Qeyd edək ki, bu, akademiyanın komandalarının mövsümdə 9-cusəfəridir.

Seçilən
7
6
az.trend.az

2Mənbələr