AZ

ABŞ Ermənistanda AES tikə bilər


Ermənistan və ABŞ yeni Atom Elektrik Stansiyasının (AES) tikintisi imkanları ilə bağlı danışıqlar aparır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O qeyd edib ki, proses substantiv fazaya keçib və hazırda İrəvan Vaşinqtonla məsələnin hüquqi bazasını müzakirə edir.
“Mən deyə bilərəm ki, indi top ABŞ-nin meydançasındadır. Biz gözləyirik ki, ABŞ-də daxili prosedurlar başa çatsın və bundan sonra biz işə başlayaq”, - Qriqoryan bildirib.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, Ermənistan təhlükəsizlik sahəsində olduğu kimi, iqtisadi sahədə də beynəlxalq tərəfdaşlarla əlaqələri şaxələndirməyə çalışır.
Qeyd edək ki, bundan əvvəl Qriqoryan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq barədə danışdıqlarını bildirmiş, Ermənistanın müdafiə qabiliyyəti, təhlükəsizliyi və davamlılığı potensialının artırılmasında ABŞ-nin yardımı mövzusuna toxunduqlarını qeyd etmişdi.
Seçilən
35
29
yeniavaz.com

10Mənbələr