AZ

"Risk kommunikasiyası və icmalarla iş" mövzusunda 2 günlük təlim keçirilib - FOTOLAR

“Risk kommunikasiyası və icmalarla iş – infodemiyanın idarə olunması üzrə planın hazırlanması” mövzusunda 2 günlük təlim baş tutub.

QHT.az xəbər verir ki, ÜST-nin Azərbaycandakı Ölkə Ofisi və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Yaşıl dünya naminə həmrəylik ili və COP29 çərçivəsində təşkil olunan təlim ÜST-nin Avropa üzrə Regional Ofisinin səhiyyədə fövqəladə hallar proqramının risk kommunikasiyası və icmalarla iş bölməsi tərəfindən həyata keçirilib.

Təlimin məqsədi Azərbaycanın səhiyyə orqanlarının, onların hökumət üzrə tərəfdaşlarının, beynəlxalq təşkilatlar və QHT-lərin risk kommunikasiyası və icmalarla iş üzrə potensialını daha da gücləndirmək, xüsusilə COP-29 təşəbbüslərinə uyğun olaraq, istilik dalğasına qarşı hazırlığı və cavab tədbirlərlərini vurğulamaqla, səhiyyə ilə bağlı fövqəladə hallara cavab vermək olub. Təlim zamanı risk kommunikasiyası və icmalarla iş üzrə planların işlənib hazırlanması, bu istiqamətdə hərtərəfli və vahid yanaşmanı təmin etmək üçün səhiyyə sektoru ilə digər müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları və icma üzvləri arasında əlaqələrin qurulması və əməkdaşlığın gücləndirilməsi üzrə təcrübələr qazanılıb.

Qeyd edək ki, təlimdə yerli dövlət və səhiyyə qurumları, beynəlxalq təşkilatlar, QHT-lər və BMT agentliklərindən risk kommunikasiyası və icmalarla iş üzrə məsul şəxslər iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
qht.az

3Mənbələr