AZ

"Qarabağ" beynəlxalq turnirə qatılır

"Qarabağ"ın U-16 komandası Estoniyada təşkil olunacaq yeniyetmə futbolçular arasında “Tallinn Cup”da mübarizə aparacaq. "Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Matc.az xəbər verir ki, U-16 Estoniyada təşkil olunacaq yeniyetmə futbolçular arasında “Tallinn Cup”da mübarizə aparacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda səfərə 18 futbolçu ilə yollanıb. Yeddi iştirakçının mübarizə aparacağı turnirin oyunları iyulun 4-7-si aralığında dairəvi sistemlə keçiriləcək. İlk matçına ayın 4-də çıxacaq komanda Latviyanın “Auda” klubu ilə üz-üzə gələcək. Bir gün sonra rəqiblər İsveçin “Hesselbi” və Estoniyanın “NF Academy” komandaları olacaq. İyulun 6-da digər İsveç klubu “Jarlaberq” və Estoniya “Olimp”isi ilə üz-üzə gələcək “Qarabağ” turnirin son günündə yerli “Trans Narva” ilə görüşəcək. Qeyd edək ki, bu, "Qarabağ" akademiyasının komandalarının mövsüm ərzində 9-cu səfəridir.

Seçilən
66
16
matc.az

10Mənbələr