AZ

Poltava aerodromu “İsgəndər“lə belə vuruldu - VİDEO

Rusiya Ukraynanı növbəti dəfə "İsgəndər" raketi ilə vurub.

News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, "İsgəndər"lə vurulan Poltava aerodromunda Ukrayna Silahlı Qüvvələrinin Mi-24 döyüş helikopteri, eləcə də mühəndis aviasiya xidmətinin maşınları olub. Onların hamısı məhv edilib. Müdafiə Nazirliyi Ukrayna texnikalarının vurulmasını əks etdirən videonu da yayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
15
news365.az

10Mənbələr