AZ

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı artıb

Bakı. Trend:

Bu ilin birinci yarısında Bakı metrosu ilə 113 milyon 195 min216 sərnişin daşınıb.

Trend “Bakı Metropoliteni”QSC-yə istinadən məlumat verir ki, onlardan 3 milyon 61 min 696-sıödənişsiz metropolitenə daxil olan güzəştli sərnişinlərdir.

Ümumən birinci yarım il ərzində orta statistik hesabla günərzində metropolitenə 621 min 952 sərnişin daxil olub.

Ümumilikdə, 2022-ci ilə nəzərən 12,2 %, 2023-cü illə müqayisədəisə 5,3 % daha çox sərnişin daşınıb. Lakin 2019-cu ilin ilk yarısıilə müqayisədə 3 % az sərnişin daşınıb.

Son illərin sərnişin rekorduna sahib “Koroğlu” stansiyası2024-cü ilin birinci yarımilliyində də liderliyi qoruyub saxlayır.Bütün sərnişinlərin 8,7 %-i və yaxud 9 milyon 827 min 14 sərnişinməhz bu stansiyadan yeraltı nəqliyyata daxil olub. Sərnişinlərin8,2 %-i (9 milyon 269 min 269 sərnişin) “28 May” və 7,8 %-i (8milyon 798 min 274 sərnişin) isə “20 Yanvar” stansiyasındanistifadə edib.

Seçilən
47
18
az.trend.az

10Mənbələr