AZ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində məzun günü və əmək yarmakası keçirib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində məzun günü və əməkyarmakası keçirib.

Trend xəbərverir ki, bu gün Azərbaycanda orta tibb işçiləri hazırlayan ənqocaman təhsil müəssisələrindən biri olan Səhiyyə Nazirliyi GəncəTibb Kollecində məzun günü keçirilib. 1931-ci ildən fəaliyyətgöstərən kolleci 2023-2024-cu tədris ilində Tibb bacısı (qardaşı)işi, mamalıq işi, əczaçılıq, tibbi profilaktika, ortopedikstomatologiya və laboratoriya diaqnostikası ixtisasları üzrəümumilikdə 311 tələbə məzun adını qazanıb.

Məzun günündə tələbələri salamlayan kollecin direktoru, Əməkdarhəkim Mehman Rzayev yüksək keyfiyyətli təhsil almaq üçün tibbtəhsil müəssisəsində yaradılan şəraitdən söz açıb. Qeyd edilib ki,bu gün dövlətimiz Azərbaycanda səhiyyə müəssisələrinin təmiri vətexniki təchizatı ilə bərabər həm də həkim və orta tibb işçilərininsəviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü işləraparır:

“1931-ci ildən fəaliyyət göstərən kollecimiz son illərdə yüksəksəviyyədə təmir olunub və müasir avadanlıqlarla təchiz olunub.Bildiyiniz kimi hazırda 7 ixtisas üzrə tələbələrimiz hazırlanır. Bugün kollecimizdə 1015 tələbə təhsil alır. Bu əvvəlki illərləmüqayisədə 40 faiz çoxdur. Artıq çox yüksək texniki təminatı olanlaboratoriyalarımız fəaliyyət göstərir. Bu yaradılan şərait, yenilaboratoriyalarımızda müasir tibbi avadanlıqlar, robot trenajorlarvə digər texniki vəsaitlərin köməyi ilə əsl peşəkar tibb işçiləri,yüksək bilik və bacarığa malik tələbələr yetişdirmək gücündəyik.Ümidvaram ki, bu gün məzun olacaq yetirmələrimiz gələcəkdəistənilən tibb müəssisələrində yüksək səviyyədə əhaliyə tibbixidmət göstərə biləcək” deyə M. Rzayev əlavə edib.

Sonra çıxış edən kollecin həkim-müəllimləri və eləcə də məzunlargeridə qalan 3 ilə nəzər salaraq tibb elminin çətin, lakin şərəfliyolunda atdıqları birgə addımları bir daha xatırladılar.

Çıxışlar bitdikdən sonra 3 il müddətində təhsil və kollecininictimai həyatında fərqlənən məzunlara fəxri diplomlar təqdimolundu.

Məzun günü yekunlaşdıqdan sonra Səhiyyə Nazirliyi Gəncə TibbKollecində ilk dəfə olaraq əmək yarmarkası təşkil olunub. Qərbbölgəsinin 20-ə yaxın dövlət və özəl tibb müəssisələrinin qatıldığıtədbirə məzunların marağı böyük idi. İlk dəfə olaraq kollecibitirən məzunlar işverən tibb müəssisələrinin əməkdarları iləbirbaşa ünsiyyətdə olaraq vakansiyalarla maraqlanıb, özməlumatlarını onlarla bölüşürdülər.

Əmək yarmarkasında Gəncə, Naftalan şəhərlərinin, Daşkəsən,Qazax, Ağstafa, Tovuz rayonlarının tibb müəssisələri boş olan vəyaxın zamanlarda boşala biləcək vakansiyaları məzunlara təqdimetdilər. Bu tədbir bu il kolleci bitirərək məzun olan tələbələrüçün iş tapmaq baxımından çox səmərəli olub.

T ədbirin sonunda kollecin tələbələrinin ifasında musiqinömrələri təqdim olunub.

Səhiyyə
Səhiyyə
Məqalədə:
Seçilən
14
2
az.trend.az

3Mənbələr