Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Harada ki böyük işlər görülür, ikitərəfli münasibətlərin geniş spektri olan yerdə istər-istəməz müxtəlif problemlər yaranır. Tamamilə normal iş prosesidir. Amma onları (problemləri) həll etmək üçün siyasi iradə var. İkitərəfli münasibətlərin, ticari-iqtisadi qarşılıqlı fəaliyyətin lazımi səviyyəsi də mövcuddur”, - o bildirib.