AZ

Məhkəmə müsəlman məktəbinin bağlanması qərarını ləğv etdi

Fransada məhkəmə Nice bölgəsindəki özəl müsəlman orta məktəbinin bağlanması ilə bağlı İcra hakimiyyətinin verdiyi qərarı ləğv edib.

"Cebhe.info" xəbər verir ki, bu barədə məktəbin hüquqşünası Sefen Guez öz “X” hesabında etdiyi paylaşımda məlumat verib.

Paylaşımda, Fransanın cənubundakı Alpes-Maritimes bölgəsində yerləşən yeganə müsəlman məktəbi sayılan Nicedəki Avicenne Orta Məktəbinin tədris ilinin sonunda bağlanması ilə bağlı İcra hakimiyyətinin 15 mart tarixli qərarının məhkəmə tərəfindən rədd edildiyi bildirilib.

Paylaşımda həmçinin, məhkəmənin Qubernatorluğu məhkəmə xərcləri üçün məktəbə 1500 avro ödəməyə məcbur etdiyi bildirilib.

Xatırladaq ki, 2024-cü ilin fevralında Təhsil Nazirliyi “Məktəbin maliyyə imkanları barədə dəqiq məlumat verilmədiyi” əsası ilə Avicenne orta məktəbini bağlamaq qərarına gəlmişdi.

Məktəb rəhbərliyi qərara reaksiya vermiş və yazılı açıqlamasında iddianı rədd etmişdi.

Alpes-Maritimes Qubernatorluğu 2024-cü ilin mart ayında təxminən 100 şagirdi olan məktəbi tədris ilinin sonunda bağlamaq qərarına gəldiyini açıqlamışdı. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr