AZ

ADU və Üsküdar Universiteti arasında əməkdaşlıq genişləndirilir

Türkiyənin Üsküdar Universitetinin rektoru Nazifə Güngör ADU-nun qonağı olub.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əməkdaşlığın yüksələn xəttlə inkişaf etdiyini vurğulayıb.

ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verilib.

Bildirilib ki, ADU növbəti dəfə QS beynəlxalq reytinqlər cədvəlində özünə yer tapa bilib. ADU-nun beynəlxalq əlaqələrin qurulmasında təcrübəsi, müəllim-tələbə mübadilə proqramlarının əhəmiyyəti haqqında qonaqlara məlumat verilib.

Üsküdar Universitetinin rektoru Nazifə Güngör səmimi qarşılanmaya və qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirib. Qonaq ADU ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. Qeyd olunub ki, iki universitet arasında elmi əməkdaşlığın qurulması və inkişafı üçün əlverişli şərait mövcuddur.

Görüş gələcək əməkdaşlıq və qarşılıqlı elmi təcrübələrin mübadiləsi istiqamətində müzakirələrlə davam edib.

Seçilən
53
2
axar.az

3Mənbələr