AZ

Türkiyə limanları ilə daşınan kimyəvi məhsullarının həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-may ayında Türkiyə limanlarından 6 milyon 567 min544 ton kimyəvi məhsul daşınıb.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazilikdən bildiriblər ki, daşınan yüklərin 681 min 318 tonuTürkiyə bayrağı altında üzən gəmilərlə, 5 milyon 886 min 226 tonuisə digər dövlətlərin bayraqları altında üzən gəmilərlədaşınıb.

“Bu ilin may ayıbda Türkiyə limanlarından tranzit olaraq 1 025 tonkimyəvi məhsul daşınıb”-deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2024-cü ilin may ayında Türkiyə limanları 34 milyon717 min 959 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 309 min 446 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərləyük daşınması 32 milyon 408 min 513 ton olub.

Bununla yanaşı, 2024-cü ilin may ayında Türkiyə limanlarından 5milyon 524 min 847 ton tranzit yük daşınıb.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 171 milyon891 min 161 ton yük qəbul edib.

Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 12 milyon 375 min982 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 159 milyon 515 min 179 tontəşkil edib.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28milyon 463 min 544 ton tranzit yük daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 289gəmi qəbul edib. Bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 566, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə 1723 olub.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 770gəmi qəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindənqəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min272, Türkiyə bayrağı altında olan gəmilər isə 7 min 498 olub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
15
az.trend.az

10Mənbələr