AZ

Dəhşətli olay: Çimərlikdə dayanmadan bıçaqladılar – FOTO

Aydının Kuşadası rayonunda çimərlikdə söyüş üstündə dava düşüb. Dava zamanı iki nəfər bıçaqla bir-birinə hücum edib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, sahildə olan İbrahim G. ilə Ercan T. arasında mübahisə yaranıb.

Mübahisə davaya çevrildikdən sonra Ercan T. İbrahim G.-yə bıçaqla xəsarət yetirib. Bir müddət sonra bıçağı əlindən alan İbrahim G. eyni bıçaqla Ercan T.-yə dəfələrlə bıçaq zərbəsi endirib. Xəbərdarlıq üzərinə əraziyə polis və tibb qrupları göndərilib.

Ətrafdakıların stol və stullarla ikisini ayırmağa çalışdıqları bıçaqlı davada Ercan T. ağır, İbrahim G. isə yaralanıb. Yaralılar təcili yardımla xəstəxanaya aparılarkən, hadisə ilə bağlı araşdırma başladılıb.

Seçilən
173
tribunainfo.az

1Mənbələr