AZ

Montella: “Türkiyə millisi öz xasiyyətimizi qaytardı”

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AÇ-2024-ün 1/8 finalında Avstriya yığması üzərində qələbəni (2:1) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Komandamız son dəqiqəyə qədər döyüş ruhu nümayiş etdirdi. Qrup mərhələsinin ilk oyunlarında bununla bağlı ara-sıra fəsadlar yaransa da, öz xasiyyətimizi qaytardıq.

AÇ-2008-dəki qələbələrin sayını təkrarladıq. Bu, çox mühüm nailiyyətdir. Növbəti rəqibimiz şirlər kimi mübarizə aparan Niderland yığmasıdır. Psixoloji və fiziki gücümüzü toplayıb yolumuza davam edəcəyik”, deyə Montella vurğulayıb.

Ələmə mərhələsinə davam edən Türkiyə millisinin ¼ finaldakı rəqibi Niderland yığmasıdır. Avstriya yığması isə Avropa çempionatında iştirakına xitam verib.

Seçilən
132
arena.az

1Mənbələr