AZ

“Bakı Abadlıq Xidməti” cərimələndi

“Bakı Abadlıq Xidməti” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Bakı Abadlıq Xidməti” ilə bağlı iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. 10 iyul tarixində hakim Orxan Məmmədlinin sədrliyi ilə işə baxılacaq.

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
tribunainfo.az

10Mənbələr