AZ

Merih Demiralın hərəkəti başına bəla ola bilər – UEFA hərəkətə keçdi

Türkiyə millisinin üzvü Merih Demiral UEFA tərəfindən cəzalana bilər.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb futbolçunun Avro-2024 1/8 final mərhələsi çərçivəsində qalib gəldikləri Avstriya görüşündən sonra etdiyi jest olub. Belə ki, müdafiəçi matçın ardından tribunalara “Bozqurd” işarəsi edib. 

Bu səbəbdən UEFA məsələ ilə bağlı araşdırma başlatdığını açıqlayıb. Qərarın yaxın günlərdə veriləcəyi bildirilir. 

 

Seçilən
72
idmanxeber.az

1Mənbələr