AZ

Kovaçeviç müdafiə olunmağı Qurban Berdiyevdən öyrənib

Mahaçqala “Dinamo”sunun müdafiəçisi Vladimir Kovaçeviç “Turan Tovuz”un yeni baş məşqçisi Qurban Berdiyev barədə xoş fikirlər səsləndirib.

Prosport.Az xəbər verir ki, serbiyalı mərkəz müdafiəçisi Rusiya mətbuatına açıqlamasında sabiq çalışdırıcısının onun karyerasında böyük rol oynadığını bildirib.

Kovaçeviç düzgün müdafiə olunmağı Berdiyevdən öyrəndiyini etiraf edib: "Hacı Hacıyev və Qurban Berdiyev müdafiəni hamıdan yaxşı başa düşən insanlardır. Karyeramda müdafiəni onlardan yaxşı başa düşən mütəxəssis olmayıb. Mənə elə nüanslar dedilər ki, onlarla ünsiyyət qurmazdan əvvəl bu barədə heç bilmirdim. Hərdən düşünürdüm ki, bunu bilmədən necə 31 yaşıma qədər çata bilərəm? Berdiyevlə işlədikdən sonra öz oyunuma başqa gözlə baxıram".

Qeyd edək ki, Qurban Berdiyev bir neçə gün əvvəl “Turan Tovuz”la 2+1 illik müqavilə imzalayıb.

Seçilən
62
1
prosport.az

2Mənbələr