AZ

Penaltilər seriyasında Ronaldonun nəbzi iki dəfə azalıb

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2024-ün 1/8 finalında Sloveniya ilə oyunda çətin anlar yaşayıb.

QOL.az xəbər verir ki, penaltilər seriyasında zərbəni yerinə yetirməzdən əvvəl onun nəbzi iki dəfəyə qədər yavaş vurub.

Ronaldo oyuna fiziki parametrləri ölçən xüsusi qolbaqla çıxdığı üçün görüş ərzində onun səhhətindəki durumu müəyyən etmək olur.  Oyuna əlavə edilən vaxtda – 115-ci dəqiqədə penaltidən yararlana bilməyən 39 yaşlı hücumçunun gərginliyi penaltilər seriyasında pik həddə çatıb. Onun ürək döyüntülərinin sayı 100-ə düşüb. Final fiti çalınan anda isə bu rəqəm 177 olub.

Xatırladaq ki, Ronaldo penaltilər seriyasında zərbəni dəqiq yerinə yetirib. Onun komandası isə qalib gəlib gələrək 1/4 finala yüksəlib.
























Bizi İnstagramda izləyin

Seçilən
29
2
525.az

3Mənbələr