AZ

Netanyahunun ABŞ-a səfərinin təfərrüatları məlum olub

Beynəlxalq ictimaiyyətin reaksiyasına baxmayaraq Fələstində mülki insanları hədəfə alan İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfərinin təfərrüatları ilə bağlı yeni məlumatlar gəlib.

Turkustan.az xəbər verir ki, Ağ Ev rəsmisi İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresində çıxış edəcəyini və bu ayın sonunda Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşəcəyini açıqlayıb.

ABŞ Nümayəndələr Palatasının Respublikaçı spikeri Mayk Conson və Senatda azlıqların lideri Mitch McConnell iyunun 7-də Netanyahunun 24 iyulda Vaşinqtona səfəri zamanı İsrailin Qəzzada HƏMAS-a qarşı apardığı müharibə ilə bağlı ABŞ Konqresinə danışacağını bildirib. həqiqəti ortaya qoyur”.

Conson və McConnell bəyanatlarında Netanyahunun Nümayəndələr Palatasının və Senatın birgə iclasında çıxış edəcəyini bildiriblər.

Bayden və Netanyahunun görüşünün gözlənildiyi xəbəri ilk olaraq CNN telekanalında yayımlanıb. Sözügedən xəbərdə Ağ Evdə keçirilməsi gözlənilən görüşün logistik detallarının hələ dəqiqləşmədiyi bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
56
1
turkustan.az

2Mənbələr