AZ

Yağış 16 nəfərin ölümünə səbəb olub

Hindistanın şimal-şərqinə təsir edən leysan yağışlar səbəbindən bölgədə 300 mindən çox insan su altında qalan evlərini tərk edib.  

"Cebhe.info" xəbər verir ki, səlahiyyətlilər yağışlardan ən çox zərər çəkən əyalətlərdən biri olan Assamda xilasetmə işlərində Hindistan ordusunun da iştirak etdiyini bildirib.  Bu çərçivədə Asiyanın ən böyük çaylarından biri olan Brahmaputrada kiçik bir adada 4 gün qapalı qalan 13 balıqçının hərbi helikopterlə təhlükəsiz bölgəyə yerləşdirildiyi bildirilib.

Çanqlanq rayonunda su basmış məktəbdən 70 şagird və müəllim xilas edilib. Manipur və Meqalaya ştatlarında çoxlu yol və körpülər zədələnib.

Rəsmi məlumatlara görə, may ayının sonundan bəri ölkənin şimal-şərqində 6 ştatda daşqın və sürüşmə nəticəsində 80-dən çox insan həlak olub.

Hər il iyun-sentyabr ayları arasında baş verən musson yağışları bölgəyə böyük ziyan vurur.  Alimlər son illərdə Banqladeşdə və Hindistanın şimal-şərq bölgələrində müşahidə olunan nizamsız və həddindən artıq yağışların iqlim dəyişikliyi ilə bağlı olduğu fikrini bölüşürlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
cebheinfo.az

3Mənbələr