AZ

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə baş verib

Bakı. Trend:

İntensiv yağıntılar nəticəsində M4 Bakı-Şamaxı-Yevlax avtomobilyolunun Qobustan rayonu ərazisindən keçən 75.2-cü kilometrlikhissəsində (sağ tərəf) sürüşmə baş verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil YollarıDövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, nəticədə yolun sağ çiyin hissəsi 150 metruzunluğunda və torpaq yamacı 40 metr enində olmaqla sıradan çıxıb.Bundan başqa, yolun sol hərəkət istiqamətində torpaq yatağıyamacının hərəkət hissəsinə doğru sürüşdüyü müəyyən edilib. Sürüşənhissənin uzunluğu 240, eni yamac boyunca 50 metr təşkil edir. Yolunhərəkət hissəsinin hər iki istiqamətində çatlar və çökmələr əmələgəldiyi və hazırda sürüşmə prosesinin inkişaf fazasında olduğu daqeydə alınıb.

Qeyd edək ki, hazırda sürüşmə nəticəsində yol təsərrüfatınadəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davametdirilir.

Sözügedən hissədə baş verən sürüşmənin və müəyyən edilən sürüşmənöqtələrinin yarada biləcəyi fəsadların qarşısının alınması vəavtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməkməqsədilə ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyitərəfindən bərpa işləri aparılır, qabaqlayıcı tədbirlərgörülür.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
43
az.trend.az

9Mənbələr