AZ

Beyləqanda baş verən qəzada yaralananların SON VƏZİYYƏTİ AÇIQLANIB

02.07.2024-cü il tarixində saat 23:00 radələrində Beyləqan rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (4-ü kişi cinsli, 1-i qadın cinsli olmaqla) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 2-si azyaşlıdır.

Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

"Xəsarət alan şəxslərdən 2010-cu il təvəllüdlü (kişi cinsli) azyaşlının müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

1987-ci il təvəllüdlü (qadın cinsli) və 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxs Sabunçu Tibb Mərkəzinə, 2017-ci il təvəllüdlü (kişi cinsli) azyaşlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

1990-cı il təvəllüdlü (kişi cinsli) şəxsə zəruri tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 2 nəfərin xəstəxanayaqədər ölüm halı qeydə alınıb", - deyə əlavə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
day.az

2Mənbələr