"Milan"ın sabiq baş məşqçisi Stefano Pioli Səudiyyə Ərəbistanı klubuna baş məşqçi təyin ediləcək.
Apasport.az xəbər verir ki, söhbət "Əl-İttihad"dan gedir.
Klub müqaviləni yaxın günlərdə başa çatdırmağı planlaşdırır.
Danışıqlar uğurla nəticələnsə, "Əl İttihad" 58 yaşlı italyan üçün ilk xarici klub olacaq.