AZ

Tanınmış aktrisanı atası zorla evləndirmək istədi, o isə başqasına qoşulub qaçdı - “Ailəmdən imtina etdim” - FOTO

Ssenari müəllifinin Hacı Murad, rejissorunun isə Elşad Zarafatsızın olduğu "Həci Başqadır" filminin möhtəşəm qala gecəsi baş tutdu. "Action" və romantik komediya janrında olan ekran işinin təqdimat gecəsinə sənət dünyasından olan bir çox məşhur simalar qatılıblar.
 
Filmdə baş rolda yer alan tanınmış aktrisa Gülşən Hüseynli Moderator.az-a açıqlamasında bildirib ki, bu rol oynadığı fərqli obrazlardandır.
 
“Filmin ümumi mövzusu varlı ailədə böyümüş bir xanımın öz sevgisinə görə ailəsindən imtina etməsidir. Ailəsinin təkidlərinə, atasının onunla bağlı planlarına (onu başqa oğlana ərə vermək istəyəcəkdi) baxmayaraq o kasıb, qürurlu, mərd bir oğlanı seçir. Hansı ki, oğlan da onun sevgisini qazanmaq üçün, onu əldə etmək üçün heç nədən qormayaraq savaşır. Filmin sonunda qızın bu izdivaca narazı olan atası da sonda övladının xoşbəxt olması üçün əlindən gələni edir. Sərgüzəştlərlə dolu bir filmdir. Heç bir şit zaraftalardan, jarqonlardan, söyüşlərdən istifadə olunmayıb. Tamaşaçılar ailəsi ilə gedib filmi izləyə bilərlər. Filmi hər kəs çox bəyəndi və ayaqüstə alqışladı. Onu da qeyd edim ki, filmi izləməyə gələn tamaşaçıların hər birinə “Eme parfum”-un ətirlərini hədiyyə etdik”, - deyə aktrisa bildirib. 
 
Aktrisa bildirib ki, bəzi həmkarları sənəti ucuzlaşdırıblar:
 
“Aktrisalığı “Vasmoyun bazarı” ediblər. Kim bədən fiqurasında dəyişiklik edirsə ya aktrisa olmaq istəyir, ya da müğənni. Sənəti o qədər ucuzlaşdırıblar ki, artıq mən də çəkilmək istəmirəm. 10 təklifdən birinə “hə” deyirəm. Belə məsuliyyətsiz rejissorların əlindən artıq filmlərimizdə professional aktyor, aktria görmək də müşkül məsələyə çevrilib. Çünki rejissora sərf edir ki, dırnaqarası “aktrisa”-nı çəkib, ona pul verməsin. Nəticədə əsl sənətçilər işsiz qalır. Filmlərimiz də getdikcə maraqsızlaşır”.
 
Gülşən Hüseynli bildirib ki, bir müddət öncə çəkildiyi və baş rolda oynadığı türk filmi "Yanlış Anlama-2" nin ilk dəfə olaraq Fox Tv-də, yeni adı ilə Now Tv-də bu gün ilk dəfə olaraq televiziyada yayımlanacaq:
 
“Bu mənim üçün böyük bir uğur və fəxrdir. Sevinirəm ki, öz adımı, ölkəmin adını qardaş Türkiyədə də layiqincə təmsil edirəm. Nəzərə alsaq ilk dəfə idi ki, bir azərbaycanlı aktrisa Türkiyədə baş rolda filmdə oynayırdı. Bu xoşbəxtlik mənə qismət oldu. Məndən öncə heç bir azərbaycanlı aktrisa Türkiyədə çəkilən film və serialda baş rolda oynamayıb. Sənətimə görə yaşım az olsa da, sənətim çox böyükdür. Mən hər şeyin ən yaxşısına layiqəm".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
moderator.az

10Mənbələr