AZ

Qazaxıstan Bakıda keçiriləcək COP29-da rolunu tam oynayacaq - BMT Baş katibi

Astana. Trend:

Qazaxıstan Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasında (COP29) rolunu tam oynayacaq.

Trend xəbərverir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş "Kazinform"informasiya agentliyinə deyib.

"İqlimə gəlincə, bütün ölkələr gələn ilə qədər yeni millitədbirlər planları təqdim etməlidir və bu planlar uzunmüddətliqlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılmasına tamcavab verməlidir. Buraya qazıntı yanacağının istehsalı vəistehlakının minimum 30 faiz azaldılması üzrə xüsusi planlar daxiledilməlidir. İnanıram ki, Qazaxıstan enerji keçidində, o cümlədənbu il Azərbaycanda keçiriləcək Tərəflərin Konfransında öz rolunutam şəkildə yerinə yetirəcə", - deyə Baş katib vurğulayıb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
az.trend.az

5Mənbələr