Şəkidə yol qəzası olub, ölən və yaralanan var.

Leqal.info xəbər verir ki, hadisə Cəfərəbad kəndi ərazisində baş verib.

İbrahimov Əliəskər İdris oğlu idarə etdiyi “Vaz 2107” markalı avtomobillə hərəkətdə olarkən ehtiyatsızlıqdan idarəetməni itirərək yoldan çıxmış, idarə etdiyi avtomobil yolun kənarında olan işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü İbrahimov Əliəskər İdris oğlu hadisə yerində dünyasını dəyişib, avtomobildə olan sərnişin İbrahimova Mehriban Xəyyam qızı aldığı xəsarətlərlə Şəki RMX-yə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info