AZ

Ərdoğan Türkiyə millisini təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanı Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalına adlaması münasibəti ilə təbrik edib.

Msport.az xəbər verir ki, Türkiyə yığması bu gecə 1/8 finalda Avstriyanı mübarizədən kənarlaşdırıb (2:1) və növbəti mərhələyə yüksəlib.

R.T.Ərdoğan isə oyundan sonra sosial şəbəkə hesablarında paylaşım edib və bunları yazıb:

“Avropa çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn futbol komandamızı ürəkdən təbrik edirəm. Komandaya çempionluq yolunda uğurlar arzulayıram”.

Qeyd edək ki, Türkiyə millisi 1/4 finalda Niderlandla üz-üzə gələcək. İyulun 6-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Seçilən
60
3
msport.az

4Mənbələr