AZ

"Türkiyə Qarabağda Boraltan ləkəsini ölkəmizin vicdanından sildi", R.T.Ərdoğan

 

  Paytaxt Ankarada Türkiyə prezidenti Rəcəb Tayyibın sədrliyilə Nazirlər Kabinetinin iclası keçirilib. Ərdoğan ölkədəki qaçqınlarla bağlı təxribata cəhd edənlərə reaksiya verib. Nifrət nitqinə, faşizmə və təxribatlara boyun əyməyəcəklərini bildirən Ərdoğan bunları söyləyib: “Bayrağımıza uzanan əlləri qırmağı bildiyimiz kimi, ölkəmizə sığınan məzlumlara da uzanan əlləri qırmağı da bilirik”.

  Türkiyə prezidenti Azərbaycanın Qarabağ uğrunda savaşına dəstəyə də toxunaraq bunları xatırladıb: “44 günlük Vətən Müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi güclü dəstək həm Azərbaycanın tarixi torpaqlarını erməni işğalından azad etməyə imkan verdi, həm də 1944-cü il Boraltan faciəsinin utancverici ləkəsini ölkəmizin vicdanından sildi. Həmin dövrdə Ankara bir qrup qardaş azərbaycanlını sovet hakimiyyətinə təhvil verdi və onlar dərhal güllələndi”. 

  Türkiyə dövlət başçısı 176 azərbaycanlının güllələnməsini “faciə” adlandırıb və bu hadisədə o vaxt hakimiyyətdə olan Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) təqsirkar olduğunu bildirib.

  “Xalqımız 76 il Boraltan faciəsinin acısını qəlbində daşıyıb. Artıq Qarabağda 30 illik erməni işğalına son qoyuldu, Türkiyə xalqı isə Boraltan faciəsinin ləkəsindən xilas oldu. Biz bu cür hadisələrin təkrarlanmasına imkan verə bilmərik”, - deyə Türkiyə prezidenti vurğulayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
12
trt.net.tr

10Mənbələr