AZ

Türkiyə XİN: Xarici siyasətimiz dövlətimizin və millətimizin maraqlarına əsaslanır

"Xarici siyasətimiz dövlətimizin və millətimizin maraqlarına əsaslanır. Türkiyə bu anlayışa əsaslanaraq, güclü tarixi və mədəni əlaqələri olan Yaxın Şərqdə sülh, sabitlik və firavanlıq bərqərar etməyi hədəfləyir. Beynəlxalq hüquq, bəşəri dəyərlər və qlobal ədalət axtarışı bizim əsas prinsiplərimizdir”.

“İki sahil” “TRT Heber” istinadla xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Suriya siyasəti ilə bağlı irəli sürülən iddialarla əlaqədar yaydığı açıqlamada qeyd edilib.

Türkiyənin Suriyada vətəndaş iğtişaşları nəticəsində baş verən humanitar faciəyə qarşı ilk gündən prinsipial mövqe nümayiş etdirdiyi qedyd edilən açıqlamada vurğulanır ki, xarici siyasətini milli maraqlarına uyğun yeniləyən Türkiyə milli təhlükəsizliyinə təhdidlərə qarşı lazımi tədbirləri görməkdən çəkinmir.

“Demokratik ölkələrdə konstruktiv tənqidlə xarici siyasətə töhfə vermək təbii ki, mümkündür. Lakin siyasi maraq naminə faktların təhrif edilməsi, ideoloji təəssübkeşliyə əsaslanan ittihamlar bu kontekstdə qiymətləndirilə bilməz”.

Açıqlamada Yaxın Şərq və Suriya siyasəti ilə bağlı irəli sürülən iddiaların heç bir analitik keyfiyyətə, hətta təməl tarixi məlumatlara malik olmadığı bildirilib: "Türkiyə illərdir bilərəkdən od halqasına çevrilmiş bir coğrafiyada sülh və sabitlik adasına çevrilməyi bacarıb. Ölkəmiz bölgədəki müharibələrdən kənarda qalmamaqla yanaşı, həm də dövlətlərin sülh və təhlükəsizliyini möhkəmləndirib. Bu prosesdə ölkəmiz də müdafiə qabiliyyətini inkişaf etdirdi və öz coğrafiyasında uğursuzluğa düçar olduğu terrorla sərhəddən kənarda mübarizə aparır".

Bütün bu faktlara məhəl qoymayan, sırf siyasi maraqlar naminə əsassız ittihamlar irəli sürənlərin regionumuza nüfuz etməyə çalışan hakim qüvvələrin vəkillərinə çevrildiklərini də nəzərdən qaçırmaq olmaz: “Biz bundan sonra da xarici siyasətdə dövlətimizin və millətimizin maraqlarına uyğun addımlarımızı atacağıq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
23
3
ikisahil.az

7Mənbələr