AZ

Ərdoğanla Putinin müzakirə edəcəkləri məsələlər açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin müzakirə edəcəkləri məsələlər açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, dövlət başçıları Şərqi Avropa və Yaxın Şərqdə davam edən müharibələri müzakirə edəcəklər.

Həmçinin, Suriya-Türkiyə münasibətlərinin normallaşması da masada olacaq.

Bundan başqa, liderlərin qarşılıqlı maraq doğuran digər məsələləri, ikitərəfli əlaqələri müzakirə edəcəkləri gözlənilir.

Seçilən
4
4
demokrat.az

9Mənbələr