AZ

Ermənistan seçim qarşısında qalıb TƏHLİL

 

“Ermənistan sizin üçün məhək daşıdırmı?”: Politoloq hakimiyyətin gözlənilməz siyasəti haqqında

Ermənistan odla su arasında qalıb. Bilmir ki, Avropa İttifaqına qaçsın, yoxsa Rusiyaya qayıtsın. Bu yolun hər ikisi əzablı və ağrılıdır. Ona görə də rəsmi İrəvan nə edəcəyini bilmir.

Məsələ ilə bağlı erməni mətbuatına danışan, Alternativ Layihələr qrupunun həmtəsisçisi Vahe Hovhannisyan deyib ki,  Rusiya Federasiyası ilə dərin iqtisadi əlaqələri və Ermənistanın Aİİ-yə üzvlük sayəsində iqtisadi yüksəlişini nəzərə alaraq, Ermənistan hakimiyyəti gec-tez xarici siyasətinə rusiyayönlü çalarlar daxil etməyə başlayacaq.

Politoloqun müşahidəsinə görə, Rusiya Federasiyasının Ermənistanın ən nüfuzlu müttəfiqi olduğu bir şəraitdə ölkənin yüksək vəzifəli şəxsləri bir həftə ərzində Avropanı gəzə, gələn həftə isə yenidən Rusiyaya “qayıt” edə bilərlər:

"Ölkə bir növ dəlixanadır. Hər hansı bir iş adamı öz biznesini EAEU sayəsində inkişaf etdiyini yaxşı başa düşür. Lakin bu, Rusiya baş nazirinin müavini bəyan etdi ki, Aİİ və Aİ bir araya sığmır:

“Ermənistanın nəhayət düşünməsi üçün vaxt çatıb. Ermənistan hakimiyyəti tədricən rusiyayönlü siyasətə qayıtmaq məcburiyyətindədir”.

Nəzərə alaq ki, Ermənistan Aİ-yə hələ ki, dəvət olunmayıb. Ancaq vəd verilib. Bəlkə də buna görə Paşinyan Aİ-yə üzvlüklə bağlı referendum keçirməyin yersiz olduğunu düşünür.

Paşinyan bu tərəddüdü təbi ki, Ermənistanın siyasi cameəsində çoxsaylı suallar doğurur. Politoloq Vahe Hovhannisyan  deyir ki, “Əgər siz Avropaya “getmək” istəmirsinizsə və referendum keçirmirsinizsə, onda niyə sizin Təhlükəsizlik Şurasının katibi və ya digər rəsmilər Rusiya ilə münasibətləri gərginləşdirirlər?”

Bu da onu göstərir ki, Ermənistanın siyasi elitasında qətiyyət çatmır. Edilən ekspertlər, söylənilən fikirlər Ermənistanın düşdüyü durumu daha da çətinləşdirir. Hətta bu siyasət Ermənistanı təhlükəli ölkəyə çevirir.

Yada salaq ki, 44 günlük müharibədən sonra Qərb Ermənistana ciddi mesajlar verdi ki, KTMT mövzusunu bağlasın. Çünki qurum Ermənistana təhlükəsizlik zəmanəti vermir. Əvəzində isə NATO-ya dəvət mesajları verildi. Ermənistan hakimiyyəti isə bu mesajlardan nəticə çıxarmaq əvəzinə KTMT ilə münaqişəyə girərək münasibətləri dondurdu.

Ermənistan indi həm müttəfiqlər, həm də opponentlər üçün gözlənilməz tərəfdaşdır. Və Paşinyan hökuməti bu yolla getməyə davam edərsə,o zaman Ermənistanı yaxşı heç nə gözləməyəcək.

İlhamə Qiyas, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
50
news365.az

10Mənbələr