Masallıda yolu keçən 2019-cu il təvəllüdlü Kərimova Fatimə Şəhriyar qızını maşın vurub.
“İki sahil” xəbər verir ki, yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra o Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin və baş-beyinin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.