AZ

Tarixi nəticə əldə etdik - Montella

Komanda ruhunu ilk dəqiqədən sona qədər hiss etdirdik. Tarixi nəticə əldə etdik.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avstriyaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

"Futbolçularım adına çox şadam. İlk görüşlərdə komandanın müəyyən çatışmazlıqları var idi. Bu gün kollektivimiz çox böyük iş bacardı. Tarixi nəticə əldə etdik".

Qeyd edək ki, Türkiyə millisi 1/4 finalda Niderlandla qarşılaşacaq.


Müəllif: Teleqraf.com
Seçilən
56
4
teleqraf.com

5Mənbələr