Tbilisi, 3 iyul, AZƏRTAC
Cari il yanvarın 1-dən iyunun 1-dək Gürcüstanda yetkinlik yaşına çatmayan 252 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, cinayət məsuliyyətinə cəlb olunanların 207-si 14-18 yaş arasında oğlanlardır.
Cinayət məsuliyyətinə cəlb olunan yetkinlik yaşına çatmayanların 80 faizi oğurluqda ittiham olunur.
Qalanları isə sağlamlığa zərər vurma, soyğunçuluq və zorakılığa görə saxlanılıblar.
Mərkəzin məlumatına görə, yaşı 18-dən az olan 646 nəfər cinayətin qurbanı olub. Onlardan 281-i məişət zorakılığı, 90-ı seksual xarakterli cinayətlər, 87-si isə hədə-qorxuların qurbanına çevrilib.
Cari ilin beş ayında bir azyaşlı öldürülüb, ikisi isə son anda ölümdən xilas ola bilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi