AZ

AVRO-2024: Türkiyə millisi 1/4 finalda

Bakı. TurkicWorld:

Bu gün AVRO-2024-ün 1/8 final mərhələsinə yekun vurulub.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, 1/4 finalın son iştirakçısı Leypsiqdə bəlli olub.

Qardaş Türkiyə yığması Avstriya ilə üz-üzə gəlib. Görüşün favoriti avstriyalılar olsalar da, "ay-ulduzlular" 2:1 hesabı ilə qalib gəliblər. Türkiyə millisinin hər iki qoluna müdafiəçi Merih Demiral imza atıb.

Qeyd edək ki, 1/4 final mərhələsi iyulun 5-də başlayacaq.

AVRO-2024
1/8 final
2 iyul
23:00. Avstriya – Türkiyə - 1:2
Qollar: Mixael Qreqoritş, 66 - Merih Demiral, 1; 59
Baş hakim: Artur Diaş (Portuqaliya)
Leypsiq Ştadium

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
turkic.world

10Mənbələr