AZ

Kuman: “Rumıniya millisinə hücum imkanı vermədik”

Niderland millisinin baş məşqçisi Ronald Kuman Rumıniyaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında qələbədən danışıb. Matc.az xəbər verir ki, Kuma 1/4 finala yüksəldikləri üçün sevincli olduqlarını söyləyib: “Bəzən oyuna yaxşı start vermirsən, amma istədiyin nəticəni əldə edirsən. Bunun izahını vermək çətindir. Qarşılaşmaya istədiyimiz kimi başlamadıq. Lakin gedişat xeyrimizə oldu. İkinci qolu gec vurduq. Rumıniya millisinə hücum imkanı vermədik”. Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Rumıniyaya 3:0 hesabı ilə qalib gələn Niderland növbəti mərhələyə yüksəlib. 1/4 finalda rəqib Avstriya - Türkiyə cütünün qalibi olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
3
matc.az

4Mənbələr