AZ

Kayseridə iğtişaşlar zamanı 470-dən çox şəxs saxlanıldı

Türkiyənin Kayseri vilayətində iğtişaşlar zamanı 470-dən çox şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Kayseridəki hadisədən sonra ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı aksiyalar təşkil olunub. Aksiyalardan sonra 474 nəfər saxlanılıb. Müəyyən edilib ki, saxlanılan 285 nəfər müxtəlif cinayətlərə görə (miqrant qaçaqmalçılığı, sağlamlığa zərər vurma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, quldurluq, oğurluq və sairə) cinayət məsuliyyətinə cəlb edilib", - paylaşımda qeyd edilib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
12
yenisabah.az

10Mənbələr